BAKI, 18 avqust — Sputnik. Ötən ay Dövlət Miqrasiya Xidmətinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı 126.217 müraciət edilib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Miqarsiya Xidmətindən məlumat verilib. Məlumata görə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddətlərinin uzadılması) ilə bağlı 3163 müraciə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 3497 müraciətlər daxil olub.
Müvafiq dövr ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 2803 qərar qəbul edilib.
Onlardan 264 –ü Azərbaycan Respublikası ərazisində yaşamanın leqallaşdırılması ilə bağlı, 1268-i, ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma ilə bağlı, 999 –u ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı olub. Azərbaycan Respublikası ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə sənədinin itirilməsi ilə bağlı 27 müraciət daxil olub.
245 nəfər isə deportasiya edilib.