BAKI, 19 avqust — Sputnik. Dünya bazarında neftin qiyməti gözlənilmədən qalxıb. Sputnik Azərbaycan Bloomberg-ə istinadən xəbər verir ki, qiymət ABŞ Energetika Nazirliyinin ölkədəki yanacaq ehtiyatları barədə məlumatları açıqlamasından sonra yüksəlib.
Londondakı ICE birjasında Brent markalı neftin qiyməti 3,31 faiz yüksələrək 52,72 dollara çatıb. WTI markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə 3,02 faiz qalxaraq 48,51 dollar olub.
ABŞ-da neft ehtiyatları 4-11 avqust tarixləri arasında 8,9 milyon barel azalaraq 466,5 milyon barel olub. Analitiklər isə ehtiyatların 3,06 milyon barel azalacağını proqnozlaşdırırdılar.