BAKI, 19 avqust — Sputnik. Dünyanın ən böyük sosial şəbəkəsi olan "Facebook"un yaradıcısı Mark Zukerberq atalıq məzuniyyətinə çıxmağa hazırlaşır. Sputnik xəbər verir ki, o ikinci övladı dünyaya gəldikdən sonra atalıq məzuniyyətinə çıxacağını özü deyib.
Zukerberq məzuniyyət müddətinin 2 ay olacağını da bildirib.
"Yaxın zamanda qızımız dünyaya gələcək və mən yenidən atalıq məzuniyyəti götürməyi planlaşdırıram. Əminəm ki, geri qayıdanda ofisimiz eyni yerdə olacaq" — M.Zukerberq qeyd edib.