Peşəkar fotoqraf: “Azərbaycanda fotoqrafiya təhsili problem olaraq qalır”
"Fotoqrafiya məktəbi Azərbaycanda ən böyük problemlərdən biridir". Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu deyib: “Bu günə qədər Azərbaycanda fotoqrafiyanı tədris edən hər hansı müəssisə olmayıb. Bu da fotoqrafiya sənətinin böyük problemidir. Bizim fotoqraflarımız təhsil almaq üçün Polşaya, Çexiyaya üz tutublar. Qısacası Azərbaycanda fotoqrafiya təhsili problem olaraq qalır”.
“AFB olaraq biz bunun öhdəsindən gələ bilmirik. Yalnız fərdi kurslarla fotoqrafiya tədris olunur. Ancaq bu kursların mövcudluğu fotoqrafiyanın tədrisindəki problemi aradan qaldıra bilmir” – deyə o bildirib.