Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda təhlükəli cani sərbəst dolaşır, polis isə ondan qorxur

© REUTERS / Toby Melvilleİnsan siluetləri, arixv şəkli
İnsan siluetləri, arixv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyada axtarışda olan qatil ailəyə məxsus bütün avadanlıqla birlikdə yoxa çıxıb

BAKI, 19 avqust — Sputnik. Goranboy rayonunda 10 il ərzində ailəsinə zülm edən şəxs təkrar qətl törətdiyinə görə, Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən axtarılsa da, Azərbaycanda sərbəst şəkildə dolaşır.

Bu barədə Sputnik Azərbaycan-a onun həyat yoldaşı, Goranboydakı orta məktəblərdən birinin müəllimi, 50 yaşlı Sevil Qasımova (ad dəyişdirilib) bildirib.

Bu yaxınlarda Qasımova öz həyat tarixçəsini Sputnik Azərbaycan-a danışmışdı

O, bildirmişdi ki, qızı Xatirə Qasımova ilə birlikdə illərdir ailə başçısı, Rusiyada adam öldürdüyünə görə 10 il həbsdə yatmış Samir Qasımovun işgəncələrinə dözür.

Мужчина с пистолетом в руке, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Hacıqabulda silahlı insident oldu, bir ailənin 5 üzvü öldü

O, həbsxanadan azadlığa çıxandan sonra yenə də Rusiyada axtarışdadır. Çünki ikinci dəfə qətl törədib.

Goranboy rayon Polis Şöbəsindən də Sputnik Azərbaycan-a təsdiqləyiblər ki, Qasımov öz həmyerlisini öldürdüyünə görə, Rusiyada Federal axtarışdadır. Lakin Rusiyanın hüquq-mühafizə orqanları Qasımovun Azərbaycanda saxlanılmasına əsas verəcək cinayət işinin dosyesini onlara göndərməyib. Bununla əlaqədar olaraq, kişi hələ də azadlıqda gəzir və ətrafı üçün təhlükə yaradır.

Onun amansızlıqla döyərək işgəncə verdiyi həyat yoldaşı və qızı isə polisə şikayət etməyə qorxurlar.

Qasımovanın sözlərinə görə, əri Rusiyada qətlə görə cəza çəkdiyindən rayonda özünü avtoritet kimi aparır. Ona görə də ondan hətta hüquq-mühafizə orqanlarının əməkdaşları da qorxurlar.

On il əvvəl o, həbsdən çıxaraq ailəsinin yanına qayıdıb. Kişi sistemli olaraq arvadını və qızını döyüb. Onun ailə üzvlərinə qarşı qəddar davranışlarına qonşuları, qohumları və hətta qızının sinif yoldaşları şahid olublar. Xatirə hələ yeniyetmə olarkən atası onu bibisinin evinin zirzəmisinə salaraq ağır alətlərlə döyüb. Sonra qız universitetə daxil olub. Amma atası onun oxumasına razılıq verməyib. Sonra qız yenidən sənədlərini ali məktəbə verib və daxil olub. Elə həmin il də atası zorla qızı bibisinin tapdığı, tanımadığı oğlana ərə verib. Amma heç kim buna qarşı çıxmayıb. Qız da atası ilə birlikdə yaşadığı "cəhənnəm"dən xilas olmaq üçün bu evliliyə razı olub. Amma onun yeni ailədə də vəziyyəti yüngülləşməyib. Ərinin daimi işi olmayıb və valideynlərinin himayəsində yaşayıb. O, daim ailə üzvlərini aldadıb və evdən pul aparıb. Gənclər 6 ay birlikdə yaşayandan sonra ayrılmaq qərarına gəliblər.

Qasımova və qızının səbrinin hüdudları qızın boşanmaq niyyətini bilən atanın bunun qarşısını almaq üçün düşündüyü ağlasığmaz ssenariləri həyata keçirməyə başlayanda tükənib. O, qızını "boşanmış qadın" statusu almaması üçün dəlixanaya saldırmaq istəyib.

Öz qulağını kəsən adam - Sputnik Azərbaycan
HADİSƏ
Lənkəranda öz qulağını yeyən xüsusi təhlükəli cinayətkar tutulub

Qasımovanın sözlərinə görə, bu ssenarini həyata keçirmək üçün qızının ərinin atası və atasının qohumları birgə addım atıblar. Evdəki bütün qabları qırıblar və evi səliqəsiz hala salıblar. Qızı isə döyərək ona bıçaqla xəsarət yetiriblər, əl-qolunu bağlayaraq küncə qoyublar. Cinayətin təşəbbüskarları bununla da elə rəy yaratmaq istəyiblər ki, qız dəli olub və özü-özünə xəsarət yetirib.

Bu səhnəni qurandan sonra qızın atası polisə zəng edib ki, gəlib qızı dəlixanaya aparsınlar. Lakin hər şey əksinə olub. Polis başa düşüb ki, hər şey səhnələşdirilib. Günahkarları polis şöbəsinə aparıblar, qadınlara isə yığışaraq rayonu tərk etməkdə yardım göstəriblər.

Qeyd etmək lazımdır ki, qadınlar polisə şikayət ərizəsi yazmayıblar. Yeganə istədikləri onların başına gələn bu dəhşətdən xilas olmaq olub.

Onlar Bakıya gələrək məişət zorakılığı qurbanları üçün nəzərdə tutulmuş qadın sığınacağına yerləşiblər. Onların geri qayıtmaq imkanı yoxdur. Qasımova ərinin atasından ona miras qalmış evi tərk etməsini istəyib. Lakin əri bunun üçün ondan pul tələb edib. Bildirib ki, evin təmirinə və qızının cehizinə xərclədiyi pulları geri almasa, evdən çıxmayacaq.

Sputnik Azərbaycan bu barədə ilk məqalə yayımlayandan sonra Goranboy rayon Polis Şöbəsindən bildirmişdilər ki, artıq cütlüklər arasında sülh əldə olunub. Lakin Qasımova polisin dediyini təkzib edib. Bildirib ki, heç vaxt ərinin yanına qayıtmayacaq.

Qandallar - Sputnik Azərbaycan
CƏMİYYƏT
İnsanları nələr cinayətkar edir?

Hüquq mühafizəçiləri zərərçəkmiş qadına yardım göstərməyə çalışırlar. Onlar artıq kişini boşanma ərizəsi vermiş qadının evini tərk etməyə çağırıblar. Sevil Qasımova bildirib ki, əri evdən gedəndə evdəki bütün əşyaları — mebelləri, karnizləri, hətta qışa ehtiyat üçün hazırlanmış mürəbbə bankalarını belə özü ilə aparıb. Qasımov Gəncədəki yerli sahə müvəkkilindən də tələb edib ki, qızının keçmiş qayınatası onun aldığı bütün əşyaları geri versin. Bununla yanaşı, qızın bütün paltarları, zinət əşyaları və sənədləri də yoxa çıxıb.

Hazırda qadın qorxur ki, əri Goranboydakı evin təmirinə xərclənmiş pulu da ondan istəyər. Baxmayaraq ki, o, iki mənzildə olan bütün əşyaları özü ilə aparıb.

Ana və qızı qıza məxsus qızılları, sənəd və əşyaları geri qaytarması üçün kişi ilə bağlı şikayət ərizəsi yazmaq niyyətindədirlər. Qasımovun yerini isə bilən yoxdur.

Xəbər lenti
0