Aprel döyüşləri barədə yalan məlumat yayan Rusiya telekanalı bağlandı

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidLife telekanalının studiyası, arxiv şəkli
Life telekanalının studiyası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Telekanal aprel döyüşləri zamanı cəbhə bölgəsindən yalan və saxta məlumatlar yaymaqla yadda qalıb

BAKI, 19 avqust — Sputnik. Rusiyada məşhur olan "Life" telekanalı efir yayımını dayandıraraq, ancaq təcili xəbərlərlə bağlı internet üzərindən birbaşa translyasiyalara keçib.

Sputnik Azərbaycan-ın "BBC"yə istinadən məlumatına görə, bu barədə "News Media" holdinqinin baş direktoru Aram Qabrielyanov bildirib. O, yayımın tam dayandırıldığını söyləyib.

"Əlbəttə, saytımız və layihələrimiz qalır. İndiyə kimi yayımımızı həyata keçirdiyimiz tezlikdə tamaşaçılara müraciət edərək bizi sosial şəbəkələrdə izləməyə çağıracağıq" – deyə holdinqdəki mənbə bildirib. Mənbənin sözlərinə görə, kanal 90 nəfəri ixtisar edəcək. Onların çoxunun holdinqdəki digər layihələrə keçəcəyi gözlənilir.

Artıq "Media kontent" şirkəti kabel və peyk operatorlarına "Life" telekanalının yayımının dayanması ilə bağlı məktub göndərib.

Xatırladaq ki, "Life" telekanalı Azərbaycan tamaşaçılarına da yaxşı tanışdır. Bu telekanal aprel döyüşləri zamanı cəbhə bölgəsindən yalan və saxta məlumatlar yaymaqla yadda qalıb.

Xəbər lenti
0