BAKI, 19 avqust — Sputnik. Çinin Quansi Cuan Muxtar bölgəsində güclü yağışlar nəticəsində yaranan sel 10 nəfərin ölümünə səbəb olub.
Sputnik Azərbaycan "NTV"-yə istinadən xəbər verir ki, təhlükə səbəbilə 10 mindən çox insan yaşadıqları evdən təxliyə olunub.
200 minə yaxın evə ciddi ziyan dəyib. Avtomobil yolları dağılıb, elektrik enerjisi kəsilib, rabitə əlaqəsi pozulub.
Sinoptiklər yaxın günlər ərzində yağıntılı hava şəraitinin davam edəcəyini proqnozlaşdırır.