BAKI, 18 avqust — Sputnik. Atlantik okeanında güclü zəlzələ baş verib. Rixter cədvəli üzrə gücü 6.7 bal olan yeraltı təkanlar okeanın cənubunda qeydə alınıb. Sputnik Azərbaycan "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.
Zəlzələnin episentri Britaniyaya məxsus Askenşin adasından 790 kilometr şimalda yerləşib.
Məlumata görə, sunami təhlükəsi yoxdur.