Bu tapıntı İstanbulun tarixini yenidən yazacaq

© Sputnik / Ruslan Krivobokİstanbul, arxiv şəkli
İstanbul, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qazıntı işlərinin davamında daha maraqlı kəşflər ola bilər

 

BAKI, 18 avqust — Sputnik. İstanbulun Beşiktaş səmtindəki arxeoloji qazıntılar zamanı 6 min il əvvələ aid olduğu təxmin edilən qalıqlar tapılıb. Sputnik Azərbaycan "Haberler"-ə istinadən xəbər verir ki, alimlər bu tapıntının İstanbul üçün bir ilk olduğunu bildirirlər.

Qazıntılar zamanı ələ keçən qalıqlar İstanbul və Bosfor boğazı tarixinə işıq tutan yeni məlumatları da özü ilə gətirib.

Elm adamları tapılan əşyaların, həmçinin məzarların neolit dövrünə aid olduğunu qeyd ediblər. İstanbul Arxeologiya Muzeyinin direktoru Zeynəb Kızıltan xanımın möhtəşəm bir iş bacardığını deyən Neolit dövrü mütəxəssisi Mehmet Özdoğan, qazıntı işlərinin davamında daha maraqlı kəşflərin ola biləcəyini bildirib.

Xəbər lenti
0