SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğanın Merkeli devirmək planının üstü açıldı

© Photo : Salih Zeki Fazlioglu/Anadolu, Pool Photo via APƏrdoğan və Merkel
Ərdoğan və Merkel - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdoğan Merkeli devirməyi türklərin şərəf məsələsi adlandırdı

BAKI, 18 avqust — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyada yaşayan türkləri seçkiyə gedərək Angela Merkelin rəhbərlik etdiyi hazırkı hakimiyyəti devirməyə çağırıb.

"Almaniya Avropa İttifaqının məramına uyğun gəlməyən ölkə vəziyyətindədir. Almaniyada yaşayan türk vətəndaşlar seçkilərdə bu cür davranış nümayiş etdirən şəxslərə və partiyalara lazımi dərsi verməlidirlər" — deyə Ərdoğan bildirib.

Cümə namazından çıxarkən jurnalistlərin suallarını cavablandıran Ərdoğan Türkiyənin Gömrük Birliyindən çıxarılması ilə bağlı münasibətləri gərginləşən Almaniyaya etirazını bildirib.

"Türkiyənin təzyiqi aşağı salmaq məsələsində heç bir problemi yoxdur. Əgər burada bir günahkar varsa, o da Almaniyadır. Almaniya indiyə qədər bütün daxili münaqişələrini davamlı olaraq Türkiyə və bəzi Aİ ölkələrinə qarşı addımlarla həll etməyə çalışıb" — deyə Ərdoğan bildirib.

O, Almaniyada yaşayan türkləri Türkiyəyə qarşı addımlar atan siyasətçilərə və partiyalara səs verməməyə çağırıb: "Mən də Almaniyadakı vətəndaşlarımıza deyirəm ki, əsla yanlış addım atıb onları dəstəkləməyin. Bunlar Türkiyə düşmənləridir. Birinci, yaxud ikinci partiya önəmli deyil. Bu, hazırda Almaniyada yaşayan bütün vətəndaşlarımız üçün şərəf məsələsidir".

Türkiyə prezidenti almanların məsləhətlərinə ehtiyacları olmadığını deyib.

"Siyasi partiyalar bu mübarizəni demokratik bir şəkildə aparmalıdırlar. Biz bunu Hamburq zirvəsində də gördük. Ordan dönüb gəldik, amma heç nə dəyişmədi. Amma əslində orada bu işi dəyişdirə biləcək, 1 milyona yaxın səs verəcək türk seçici var. Türk seçicilərin səsvermə zamanı xüsusilə Türkiyəyə bu cür hörmətsizlik edən siyasi partiyalara lazımi dərsi vermələrinin zəruri olduğunu düşünürəm" — deyə Ərdoğan əlavə edib.

Qeyd edək ki, Almaniya son dövrlərdə Türkiyəyə qarşı bir-birinin ardınca sərt addımlar atmaqdadır. Sonuncu dəfə rəsmi Berlinin təkidi ilə Türkiyə Avropanın Gömrük İttifaqından çıxarılıb.

Xəbər lenti
0