Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 18 avqust- Sputnik. Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb.
Sputnik Azərbaycanın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün Balakən rayonu ərazisində, Katex çayında baş verib.
Zaqatala rayon sakini, 1991-ci il təvəllüdlü Ədilxan Nəzirxan oğlu Nuruyev çayda çimərkən boğulub.
Hazırda onun axtarışları davam etdirilir.
Qeyd edək ki, dünyasını dəyişən Ə. Nuruyev fəaliyyəti dayandırılmış regional "Aygün" televiziyasının rəhbəri Nəzirxan Nuruyevin oğludur.