Bu bölgədə bütün toylar təxirə salındı

© Photo : Facebook / montekarlo.azToy süfrəsi, arxiv şəkli
Toy süfrəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rövşən Lənkəranskinin xatirəsinə hörmət əlaməti olaraq cənub bölgəsində toylar təxirə salınıb

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 18 avqust — Sputnik. Bu gün Lənkəran şəhərində bütün toy mərasimləri təxirə salınıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına əsasən, bu addım kriminal aləmdə tanınmış şəxs olan Rövşən Lənkəranskinin (Canıyev) ölümünün ildönümü ilə əlaqədardır.

Məlumata görə, mərhumun xatirəsinə ehtiram əlaməti olaraq keçirilən hüzr mərasiminin çadırının uzunluğu 50 metrdən çoxdur. Bu saatadək on mindən artıq adam Lənkəranskinin hüzr mərasimində iştirak edib.

Məlumatda bildirilir ki, ildönümü ilə əlaqədar olaraq Lənkəranda imkansız ailələrə ehsan bağlamaları paylanılır.

İl mərasimində iştirak etmək üçün Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə, Almaniya və İsveçdən kriminal aləminin məşhur simaları Lənkərana gəlib.

Xatırladaq ki, Rövşən Lənkəranski 2016-cı il avqustun 17-dən 18-nə keçən gecə Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonundakı Barbarossa bulvarında qətlə yetirilib. O, qətldən bir gün sonra Lənkəranın Kiçik Bazar Qəbiristanlığında dəfn edilib.

Xəbər lenti
0