BAKI, 16 avqust — Sputnik. Avstraliyanın Kvinslend Universitetində alimlər melanomanın yaranması ilə bağlı olan iki geni tədqiq ediblər.
AZƏRTAC xəbər verir ki, tədqiqat nəticəsində alimlərin gəldiyi qənaətə görə, onların analizi tam və dəqiq proqnoz verə bilməz. Doktor Mitçel Stark məlumat verib ki, melanomanın yaranmasının əsas səbəbi xallardır. Bununla belə xal ləkəsi heç vaxt bədxassəli şişə gətirib çıxarmayacaq.
Alimlər xəstəliyin yarandığı geni müəyyən etmək üçün tədqiqat aparıblar. Analizlər nəticəsində məlum olub ki, xəstələrin 85 faizində mutasiya BRAF, 15 faizində NRAS genində tapılıb. Tədqiqatçıların fikrincə, xalların melanomaya çevrilməsinin digər səbəbləri da var. Odur ki, tədqiqatlar davam edəcək. Mütəxəssislər əmindirlər ki, bu cür genetik dəyişiklik digər struktur dəyişikliyindən xəbər verir.