SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: “Abdulla Gülün yenidən siyasətə qayıdacağını dəqiq söyləmək olmaz”

© Sputnik / Murad OrujovПятидесятое заседание Клуба политологов "Южный Кавказ"
Пятидесятое заседание Клуба политологов Южный Кавказ - Sputnik Azərbaycan
Abunə olmaq
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, Türkiyənin siyasi tarixində belə siyasi qopmalar çox olub

Elxan Şahinoğlu: “Abdulla Gül uğursuzluğa düçar olsa, bu, ona ikiqat zərbə olacaq”
Türkiyədə keçmiş prezident Abdulla Gül haqqında müzakirələr davam edir. Qeyd edək ki, son günlər Abdulla Gülün yenidən siyasətə qayıdacağı haqqında xəbərlər yayılıb.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, Abdulla Gülün AKP-nin quruluşunun 16-cı ildönümündə iştirak etməməsi müəyyən suallar doğurdu: “Abdulla Gül AKP-nin iki qurucusundan biridir. Abdulla Gülün yenidən siyasətə qayıdacağını dəqiq söyləmək olmaz. Əgər siyasətə qayıdacaqsa, ciddi uğur qazanacağını iddia etmək olmaz”.

“Türkiyənin siyasi tarixində belə siyasi qopmalar çox olub. Amma onların demək olar ki, əksəriyyəti böyük uğurlar qazana bilməyiblər. Abdulla Gül qərar verməmişdən qabaq çox düşünəcək. Əgər siyasətə qatılıb uğursuzluğa düçar olsa, bu, ona ikiqat zərbə olacaq” – deyə o bildirib.

Xəbər lenti
0