BAKI, 17 avqust — Sputnik. İspaniyanın Barselona şəhərində naməlum sürücü idarə etdiyi mikroavtobusu kütlənin üzərinə sürüb.
Las Ramblas turizm bölgəsində baş vermiş hadisə nəticəsində 13 nəfər ölüb.
Sürücünün hadisə yerindən qaçdığı, bölgədəki bütün metro və qatar stansiyalarına giriş-çıxışların bağlandığı qeyd olunub.
İspaniya polisi hadisənin terror aktı olduğunu açıqlayıb.