BAKI, 17 avqust — Sputnik. İyulun 31-də Sumqayıtın 10-cu mikrorayon ərazisində quduz it 5 yaşlı şəhər sakini Mikayılzadə Zeynəb Elçin qızını dişləyib.
Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev bildirib ki, it uşağın başından dişləyib, hazırda azyaşlı ölümcül vəziyyətdədir.
Məsələ ilə bağlı Bakı şəhər 1 saylı Uşaq İnfeksion Xəstəxanasının baş həkiminin müavini Sərvər Hüseynli Modern.az-a açıqlama verib.
O deyib ki, Sumqayıt şəhər sakini Zeynəb Mikayılzadə bu gün vəfat edib.
“O xəstəxanaya gətirilərkən vəziyyəti çox ağır idi. Orada daha bir vaksin də vurulub. Amma həkimlərin bütün səylərinə baxmayaraq xəstə bir az əvvəl vəfat edib”.