BAKI, 17 avqust — Sputnik. Bolqarıstanın Müdafiə naziri Krasimir Karakaçanov, ölkəsinin Türkiyə ilə sərhəddə qoşun yığacağını açıqlayıb. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, nazir bu barədə Almaniyanın 'Die Welt "qəzetinə danışıb.
Karakaçanov, qoşun yığmaqda məqsədin müharibə eləmək yox, Suriya və İraqdan olan qaçqınların Türkiyədən Bolqarıstana keçidinə maneə törətmək olduğunu qeyd edib.
Nazir, Türkiyə ilə sərhəddə beş ayrı zonada qoşun toplayacaqlarını bildirib.