BAKI, 17 avqust — Sputnik. Səudiyyə Ərəbistanı ilə Qətər arasında gərgin əlaqələr yumşalmağa başlayıb. Səudiyyə Ərəbistanı kralı Salman, Qətər vətəndaşlarının Həcc ziyarəti üçün elektron viza almadan Məkkə şəhərinə gələ bilmələri üçün fərman imzalayıb.
Sputnik Azərbaycan Milliyet-ə istinadən xəbər verir ki, Səudiyyə kralı Salman bin Əbdüləziz Qətər əmiri əl-Saninin ailə üzvü Abdullah bin-Casim əl-Sanini paytaxt Ciddədəki Əs-Salam sarayında qəbul edib.
Qəbuldan sonra Qətər vətəndaşlarının Həcc ziyarəti xərclərinin kral tərəfindən ödəniləcəyinə dair qərar qəbul olunduğu açıqlanıb.