BAKI, 17 avqust — Sputnik. Hollandiyanın Hilversyum şəhərində 3FM radiostansiyasının binasında girov götürülmüş qadın azad edilib.
Bu barədə Türkiyə mətbuatı xəbər verir.
Məlumata görə, insident 40 dəqiqə çəkib. Polis radiostansiyanın ofisinin yerləşdiyi binanı mühasirəyə alıb və əməliyyat nəticəsində girov azad olunub. Əməliyyatın detalları və cinayətkarın kimliyi barədə məlumat yoxdur.
Maraqlıdır ki, insidentə baxmayaraq, radionun yayımı davam edib.