ELM

Səfir: "Rusiya Azərbaycan üçün kadrlar hazırlayan əsas mərkəzlərdən biridir"

© Sputnik / Murad OrujovSəfii Vladimir Doroxinin Rusiyanın dövlət ali müəssisələrində təhsil alacaq tələbələrlə görüşü
Səfii Vladimir Doroxinin Rusiyanın dövlət ali müəssisələrində təhsil alacaq tələbələrlə görüşü - Sputnik Azərbaycan
Abunə olmaq
2017-ci ildə Rusiya ali məktəblərinə Azərbaycandan rekord sayda tələbə qəbul olunub

BAKI, 16 avqust — Sputnik. Rusiyada 15 min Azərbaycan vətəndaşı təhsil alır. Sputnik Azərbaycan-ın məlumatına əsasən, bu barədə RF-nın Bakıdakı səfiri Vladimir Doroxin Rusiyanın dövlət müəssisələrində təhsil almaq hüququ qazanmış tələbələrlə görüşdə bildirib.

Səfir qeyd edib ki, 2017-ci ildə Rusiya ali məktəblərinə Azərbaycandan rekord sayda tələbə qəbul olunub — 201 nəfər. Ümumilikdə isə bu hüquqa yiyələnmək üçün 900 nəfər müraciət edib. Tələbələrin əksəriyyəti Moskva və Sankt-Peterburqda təhsil alacaq.

"200 nəfər dənizdə damladır, çünki çoxlu sayda gənclər özlərinin, sponsorların, valideynlərin hesabına oxumağa gedirlər. Bu da çox yaxşıdır. Ümumilikdə bu gün Rusiya Federasiyasında təxminən 15 min Azərbaycan vətəndaşı təhsil alır" — səfir bəyan edib.

Onun sözlərinə görə, Rusiya Azərbaycan üçün kadrlar hazırlayan ən əsas beynəlxalq mərkəzlərdən biri olaraq qalır. Lakin bu proses artıq birtərəfli qaydada həyata keçirilmir.

© Sputnik / Murad OrujovRusiyanın dövlət ali müəssisələrində təhsil alacaq tələbələrlə görüş
Rusiyanın dövlət ali müəssisələrində təhsil alacaq tələbələrlə görüş - Sputnik Azərbaycan
Rusiyanın dövlət ali müəssisələrində təhsil alacaq tələbələrlə görüş

"Azərbaycanın ali məktəblərində də Rusiyadan olan tələbələr təhsil alırlar. Onların sayı elə də çox deyil. Onların çoxu azərbaycanlılardır, lakin buna baxmayaraq onlar Rusiya vətəndaşlarıdır" — səfir bildirib.

Doroxin azərbaycanlıların Rusiyada təhsil almasının dərin kökləri olduğunu xatırladıb.

"Hələ Heydər Əliyev Azərbaycan SSR-in rəhbəri olduğu olduğu dövrdə o hər il minlərlə azərbaycanlı gənclərin Rusiyanın müxtəlif ali məktəblərinə oxumağa getməsinə nail olmuşdu. Onların bilikləri müasir respublikaya lazım oldu. Sovet İttifaqı dağılandan sonra iki ölkə arasında əlaqələr qırıldı və tələbə axını kəsildi. Sonradan biz bu istiqamət üzrə əlaqələri rus icmasının rəhbəri Mixail Zabelinin köməyilə bərpa edə bildik" — diplomat vurğulayıb.

Xəbər lenti
0