Saakaşvilidən qan iyi gələn bəyanat

© Sputnik / Denis Petrov / Mediabanka keçidПрезидент Украины П.Порошенко назначил М.Саакашвили главой Одесской области
Президент Украины П.Порошенко назначил М.Саакашвили главой Одесской области - Sputnik Azərbaycan
Abunə olmaq
"Sentyabrın 10-da Polşa ərazisindən Ukraynaya qayıdacağam"

BAKI, 16 avqust — Sputnik. Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili sentyabrın 10-da Ukraynaya qayıdacağını bəyan edib. 

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Saakaşvili özünün Facebook səhifəsində yazıb.

"Elan edirəm ki, sentyabrın 10-da Polşa ərazisindən Ukraynaya qayıdacağam. Ukrayna hökumətinin bundan sirk düzəltməməsini xahiş edirəm" — deyə o, yazıb.

Xatırladaq ki, Saakaşvili iyulun 26-da prezident Pyotr Poroşenkonun fərmanı ilə Ukrayna vətəndaşlığından məhrum edilib. O zaman ABŞ-da olan eks-prezident Kiyevə dönə bilməyib. Daha sonra Litva, Macarıstan və Polşa kimi Avropa İttifaqı ölkələrini ziyarət etməli olub. Bir neçə dəfə Ukraynaya dönəcəyini bəyan etsə də, hələlik buna müvəffəq olmayıb.

Xəbər lenti
0