Azərbaycandan Gürcüstana qaz nəqli dayandırıldı

© Photo : Abc.azГазопровод. Архивное фото
Газопровод. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Buna səbəb yataqda aparılan profilaktik işlərdir

BAKI, 16 avqust — Sputnik. Azərbaycanın "Şahdəniz" yatağından Gürcüstana təbii qazın nəqli dayandırılıb.

APA-nın Gürcüstan Neft və Qaz Korporasiyasına istinadən verdiyi xəbərə görə, buna səbəb yataqda aparılan profilaktik işlərdir.

Cənubi Qafqaz boru kəməri ilə qaz tədarükü dayandırıldığına görə, hazırda Gürcüstana təbii qaz SOCAR-ın "Qazıməmməd-Qazax" magistral qaz kəməri ilə nəql olunur.

Profilaktik işlərin sentyabrın 10-dək davam edəcəyi bildirilir.

Xəbər lenti
0