Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 16 avqust — Sputnik. Masallının Kolatan kəndində oğurluq hadisəsi baş verib.
Sputnik Azərbaycan-ın Cənub bürosunun əldə etdiyi məlumata əsasən, kənd sakini, 1973-cü il təvəllüdlü Qarabağ müharibəsi veteranı Malik Səmədova məxsus evə gündüz saat 10-11 radələrində naməlum şəxs və ya bir neçə nəfər girib. Oğurluq baş verən vaxt ev sakinləri qohumlargildə toy hazırlığında olublar. Oğrular evdə olan ümumi dəyəri 4000 manat olan Rusiya və Azərbaycan valyutasını aparıblar.
Oğurluq hadisəsi barədə dərhal hüquq-mühafizə orqanları məlumatlandırılıb. Hələlik oğruların şəxsiyyəti məlum deyil. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.