Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Politoloq: “Şimali Koreya Amerika ilə dil tapmağa çalışacaq”

© Sputnik / Murad OrujovПресс-конференция на тему "Каким будет курс маната в ближайшее время"
Пресс-конференция на тему Каким будет курс маната в ближайшее время - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq İlqar Vəlizadə deyir ki, mənfi ssenarilərin reallaşması Şimali Koreyaya böyük ziyan gətirə bilər

İlqar Vəlizadə: “Müharibə Şimali Koreya hakimiyyətinin devrilməsinə gətirib çıxaracaq”
Şimali Koreya və ABŞ arasında gərginlik davam edir. Şimali Koreya lideri Kim Çen In hərbçiləri düşmənə hər an zərbə endirməyə hazır olmağa çağırıb. Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Şimali Koreya ətrafında gedən proseslərdə hansı ssenarinin reallaşacağını demək olmaz: “Ssenarilərdən biri budur ki, Şimali Koreya Çinin və digər müttəfiqlərinin iştirakı ilə Amerika ilə dil tapmağa çalışacaq. Digər variant isə budur ki, lokal müharibə başlaya bilər. Ancaq bu lokal müharibə böyük fəsadlar törədə bilər”.

“Onu da qeyd etmək lazımdır ki, Şimali Koreyanın hazırki siyasi rəhbərliyi sərt siyasətin aparılmasının tərəfdarıdır. Bu da kompromisləri arxa plana keçirir. Buna görə də mənfi ssenarilərin reallaşması daha gerçək görsənir. Mənfi ssenarilərin reallaşması Şimali Koreyaya böyük ziyan gətirə bilər. Lokal müharibənin baş verməsi Şimali Koreya hakimiyyətinin devrilməsinə gətirib çıxaracaq” – deyə o bildirib.

Xəbər lenti
0