Yasdan qayıdarkən həlak oldular

© Sputnik/ Мурад ОруджевАвтомобиль марки Toyota Prado
Автомобиль марки Toyota Prado - Sputnik Azərbaycan
Abunə olmaq
Lənkərana yasa gedən şəxslər qəzaya düşüb, ölənlər və xəsarət alanlar var

BAKI, 16 avqust — Sputnik. Masallıda ağır yol qəzası olub.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə Ələt-Astara yolunun Masallı rayonunun Alvadı kəndindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Nazim Əkbər oğlu Həsənov idarə etdiyi "Toyota Prado" markalı avtomobili aşırıb. Nəticədə avtomobildə olan sərnişinlər – 1968-ci il təvəllüdlü Aidə Həsənova və Afər Əmrahov aldıqları xəsarətdən dünyasını dəyişiblər.

Avtomobilin sürücüsü və digər sərnişin Həsənov Zamiq Rafiq oğlu xəsarətlə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onu da qeyd edək ki, avtomobildəki şəxslər Bakıdan Lənkərana yas mərasimində iştirak etmək üçün gediblər. Hadisə onlar yas mərasimindən qayıdan zaman baş verib.

Xəbər lenti
0