CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev Lütfi Zadənin Azərbaycanda dəfninə yardım göstərəcəyini bildirib

© Photo : AMEA mətbuat xidmətiLütfi Zadə
Lütfi Zadə - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan prezidenti İlham Əliyev dünya şöhrətli alim Lütfi Zadənin Azərbaycanda dəfn edilmək istəyinə dövlətin yardım edə biləcəyi barədə e-mail yollayıb

BAKI, 16 avgust — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev dünya şöhrətli alim Lütfi Zadənin Azərbaycanda dəfn edilmək istəyinə dövlətin yardım edə biləcəyi barədə e-mail yollayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə azvision-a müsahibəsində alimin oğlu Norman Zadə məlumat verib.

© Photo : Alarmy Stock PhotoNorman Zadə
Norman Zadə - Sputnik Azərbaycan
Norman Zadə

Atasının Azərbaycanda dəfn edilmək arzusu ilə bağlı atacağı addımlara aydınlıq gətirən Norman Zadə deyib:

"Mən Azərbaycanın Los-Anclesdəki konsulluğuna müraciət etməyi planlaşdırıram. Anladığım qədəriylə, Azərbaycan Prezidenti də onun Bakıda dəfn edilməsini istəyir. Çünki bizim bu istəyimizə dövlətin yardım göstərə biləcəyi barədə Azərbaycan Respublikasının Prezidentindən e-mail də almışam. Atamın dünyadan köçəcəyi həmin qorxunc gün gəldiyi zaman onun nəşinin Bakıya göndərilməsini təşkil edəcəyəm. İnanıram ki, professor Şahnaz xanım (Lütfi Zadənin yetirməsi professor Şahnaz Şabanova- red.) da bu işdə mənə kömək edəcək".

Atasının Azərbaycanda dəfn edilməsini istədiyini vurğulayan Norman Zadə deyib: "Əgər atam ömrünün sonlarına yaxın Azərbaycanda Amerikadan daha çox sevildiyini anlayıbsa, düşünürəm ki, bu arzusu heç də əsassız deyil. O, azərbaycanlıdır, Azərbaycanda doğulub və orada dəfn olunmaq istəməsi tamamilə məntiqli addımdır".

O, atasının Azərbaycanı Amerikadan daha çox sevdiyini bildirib.

"O, Azərbaycanı çox sevir. Əgər uzun illər Amerika Birləşmiş Ştatlarında yaşadığı halda, Azərbaycanda dəfn edilmək istəyirsə, deməli, Azərbaycana bağıldır. Onun öz həyatını dərindən götür-qoy etməsi üçün xeyli vaxtı olub. Atam Amerikanı çox sevir, ancaq əminəm ki, Azərbaycanı daha çox sevir" — deyə alimin oğlu bildirib.

O, Azərbaycana səfəri baş tutarsa, çox sevinəcəyini deyib. "Amerikada heç də hamı məni və ya atamı sevmir. Azərbaycanlılar mənə və atama çox hörmətlə yanaşırlar və bu, məndə onlara qarşı simpatiya yaradır" — Norman Zadə deyib.

Xəbər lenti
0