Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanlı-inquş qan davasını məşhur "qanuni oğru" həll edir

CC0 / Skitterphoto / GunПистолет в руке, фото из архива
Пистолет в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq

BAKI, 16 avqust — Sputnik. Çeçen və Azərbaycan diasporunun nümayəndələri Moskva Zelenoqradında baş verən qan davasını, avqustun 6-da səhər saatlarında "Dialoq" kafesində bir nəfərin öldüyü və 3 nəfərin yaralandığı silahlı münaqişədə iştirak edən cavanların ailələrinin vasitəsilə sülhlə yoluna qoymağa cəhd edirlər.

Bu barədə Sputnik Azərbaycan-a kriminal dairələrə və Zelenoqraddakı Azərbaycan diasporunun nümayəndələrinə yaxın mənbələr məlumat verib.

Hazırda Almaniyada yaşayan kriminal avtoritet, Ümumavropa kassasına nəzarət edən, Şeyx Həmzət kimi tanınan çeçen "qanuni oğru" Həmzət Qastəmirov münaqişəni nizamlamağa çalışır. O, məsələni qan axıtmadan yoluna qoymağa cəhd edir, baxmayaraq ki, çeçen adətlərinə görə, belə münaqişələr qanla yuyulur. Söhbət "Dialoq" kafesindəki davada öldürülən üç uşaq atası, 32 yaşlı İbrahim Beçurkayevin yaxınlarının onun qatili azərbaycanlı Rəşad Hüseynovdan intiqam almağa dəvət edilməsindən gedir. 

Тени людей, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiyadakı kütləvi davada Rövşən Lənkəranski izi

Hazırda Rəşad Hüseynov gizlənir. Onu təkcə çeçenlər deyil, hüquq-mühafizə orqanları da yaxalamağa çalışır. Qeyd edək ki, Qafqaz xalqları arasında ən qədim dövrlərdən bəri qan davası adəti var. Çeçen və inquş cəmiyyətində qan davası adətini nə Rusiya imperiyası, nə sovet rejimi, nə də repressiya dövrü tərgidə bilməyib.

Qafqazda qan davası ilə bağlı müddət məhdudiyyəti yoxdur. Bu dava 50, hətta 100 il davam edə bilər. Ona görə də hesab edirlər ki, gələcək nəsillərin dinc yaşaması üçün qan davasını maksimum tez həll etmək lazımdır. Məhz buna görə, öldürülən şəxsin qohumları Zelenoqradda vəziyyətə nəzarət edən "qanuni oğru" Şeyx Həmzətə müraciət ediblər.

Daha əvvəl Sputnik Azərbaycan yazmışdı ki, azərbaycanlılar, inquşlar və çeçenlər arasında münaqişə Azərbaycanın Beyləqan rayonundan olan sabiq polis işçisi, Cahangir adlı şəxsin obyektində baş verib. Bəzi məlumatlara görə, Cahangir kriminal aləmdə Hacı Beyləqanski adı ilə məşhur olan və hazırda Türkiyədə yaşayan kriminal avtoritet Hacıbaba Talıbxanlının qohumudur. Hacı Beyləqanski kriminal aləmdə həmişə məşhur avtoritet Rövşən Lənkəranskinin sağ əli sayılıb. Lənkəranski qətlə yetirildikdən sonra isə hüquq-mühafizə orqanları Beyləqanskini Rövşənin qətlini təşkil etməkdə günahlandırmışdılar, lakin bunun sübutunu tapmamışdılar. 

Одна из центральных улиц Лянкярана, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
MDB məkanının kriminal avtoritetləri Azərbaycanda

Faktla bağlı özbəklərin davasına ilk qoşulan Azərbaycan əsilli Şamxal Hüseynov saxlanılıb. Hadisə belə başlayıb ki, iki özbək kafedə dalaşırmış və bu davaya Hüseynov da qatılıb. Həmin vaxt Hüseynovun kafedə olan və hadisəyə qədər xeyli spirtli içki qəbul etmiş inquş dostları dalaşan özbəkləri ayırmaq qərarına gəliblər. Bu zaman Hüseynov hirslə inquşun başında piyaləni qırıb və bununla da ara lap qarışıb. Yaralı inquş köməyə öz həmyerlilərini çağırıb. Travmatik tapança ilə silahlanmış 32 yaşlı İbrahim Beçurkayev münaqişə zamanı silahın lüləsini Şamxal Hüseynovun ağzına dirəyib və onu atacağı ilə hədələyib. Elə bu vaxt 23 yaşlı Rəşad adlı azərbaycanlı (Sumqayıt əsilli) Beçurkayevin üstünə bıçaq çıxarıb və tapançanı Hüseynovdan uzaq tutmağı tələb edib. Beçurkayev tapançanı uzaqlaşdırmadığından, böyründən iki bıçaq yarası alıb. Qanı axan Beçurkayev ölməmişdən əvvəl iki dəfə atəş aça bilib. Ölən şəxs üç uşaq atası olub. Xəsarət alan digər şəxs — Aslan Bokov isə hazırda xəstəxanadadır. O, bir neçə bıçaq yarası alıb. İnsident zamanı ümumilikdə üç nəfər yaralanıb.

Güc strukturlarının nümayəndələri Şamxal Hüseynovun və onun ortağının avtomobillərini ələ keçiriblər. Saxlanılan şəxsdən bir neçə bıçaq götürüb. Rəşad özü isə gizlənməyə müvəffəq olub.

Davanın şahidlərinin sözlərinə görə, münaqişənin bütün iştirakçıları anlaqlı vəziyyətdə olmayıblar. Çünki onlar spirtli içkilərlə yanaşı psixotrop "Lirika" həblərini də qəbul ediblər.

Bu arada qətlə yetirilmiş şəxsin qardaşı Adam Beçurkayev bir yandan qana susayıb, digər yandan da "ağsaqqallar"ın məsləhətlərinə qulaq asmağa cəhd edir. Bəzi məlumatlara görə, davada yaralanmış inquşlar bəyan ediblər ki, bu işi belə qoymayacaqlar.

Qeyd edək ki, Həmzət Qastəmirov (Şeys Həmzət) kriminal aləmdə Rövşən Lənkəranskinin (Canıyev) qardaşı sayılır. Onlar hələ Rövşənin sağlığında qardaşlaşıblar.  Lənkəranskinin qətlindən sonra məhz Qastəmirov türk və çeçen qruplaşmalarını Rövşənin qatillərinin əleyhinə, qardaşının qisasını almaq üçün birləşdirmişdi.

Xəbər lenti
0