Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert: “Mənzil bazarında qiymət artımı üçün hər hansı səbəb yoxdur”

Abunə olmaq
İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, mənzil satışı ilə məşğul olan şirkətlər qiymətin aşağı düşməsinə imkan vermirlər

Vüqar Bayramov: “Növbəti aylarda mənzil bazarında qiymət artımı olmayacaq”
"Gələn aydan mənzillərin qiymətinin artacağı ilə bağlı xəbərlər yenidən gündəmə gəlməyə başlayıb". İqtisadçı ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a deyir ki, mənzil bazarında aktivliyin aşağı düşməsi və durğunluq müşahidə olunur: “Ev satanların sayının çox olmasına baxmayaraq, ev alanların sayında artım yoxdur. Bazarda qiymət artımını şərtləndirən hər hansı bir səbəb yoxdur”.

“Real qiymətlərdə azalmalar var. Buna baxmayaraq qiymətlər yenə də yüksəkdir. Qiymətlərin azalmasına ehtiyac var. Mənzil satışı ilə məşğul olan şirkətlər müxtəlif yollarla mənzillərin qiymətinin aşağı düşməsinə imkan vermirlər. Tələb aşağı olduğu üçün növbəti aylarda mənzil bazarında qiymət artımı olacağı proqnozlaşdırılmır” – deyə o bildirib.

Xəbər lenti
0