CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onlarla maddə ilə ittiham olunan şəxsə 15 il cəza istənildi

© Sputnik / Murad OrujovВ Баку открылся первый книжный магазин юридической литературы
В Баку открылся первый книжный магазин юридической литературы - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi iclasda prokuror çıxış edib

BAKI, 16 avqust — Sputnik. Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi iclasda prokuror çıxış edib.

Dövlət ittihamçısı Akif Çovdarovun rütbələrdən, fəxri adlardan, 3 il rəhbər vəzifələr tutmaq hüququndan məhrum edilməklə 15 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Prokuror digər təqsirləndirilənlər — Səlim Məmmədovun 12 il, Akif Əliyev və Orxan Osmanovun hər birinin isə 9 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Prokuror çıxışında qeyd edib ki, Dövlət Təhlükəsizlik Xidmətinin təqsirləndirilən şəxslərə qarşı qaldırdığı mülki iddia təmin edilməlidir. O, zərərçəkmiş şəxslərin mənəvi ziyanla bağlı iddialarının rədd edilməsini istəyib, maddi ziyanla bağlı iddiaların isə məhkəmənin mülahizəsinə buraxdığını deyib.

Proses avqustun 21-də davam etdiriləcək.

Xəbər lenti
0