CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Balakəndə Alban katolikosluğuna aid unikal abidə aşkarlanıb

© Sputnik / Shahperi AbbasovaBalakən rayonunun Tülü kəndi ərazisində V-IX əsrlərə aid abidə
Balakən rayonunun Tülü kəndi ərazisində V-IX əsrlərə aid abidə - Sputnik Azərbaycan
Abunə olmaq
Qafqaz Albaniyasının xristian abidələrinin arxeoloji tədqiqi ekspedisiyası tərəfindən Balakən rayonunun Tülü kəndi ərazisində V-IX əsrlərə aid abidə aşkar edilib

Sahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 16 avqust — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Qafqaz Albaniyasının xristian abidələrinin arxeoloji tədqiqi ekspedisiyası tərəfindən Balakən rayonunun Tülü kəndi ərazisində V-IX əsrlərə aid abidə aşkar edilib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, Tülü türbəsinin Şərq divarlarında aparılmış arxeoloji kəşfiyyat işlərinin nəticəsində onun Qafqaz Albaniyasının xristian abidəsinin zəng qülləsi və yaxud da nar tekseri rolunu oynadığı müəyyən edilib. Ümumi uzunluğu 12 metr 70 santimetr, eni 6-70 və 7-40 metr məsafə arasında dəyişən Qafqaz Albaniyasına məxsus Alban xristian abidəsi tədqiqata cəlb edilib.

© Sputnik / Shahperi AbbasovaTarix üzrə fəlsəfə doktoru Natiq Alışov
Tarix üzrə fəlsəfə doktoru Natiq Alışov - Sputnik Azərbaycan
Tarix üzrə fəlsəfə doktoru Natiq Alışov

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Natiq Alışov Sputnik Azərbaycan-a bildirib ki, tədqiqatlar ilk dəfə abidənin kənar divarlarında aparılıb. Sonra abidənin ibadət salonunda və onun qurbangah (altar) hissəsində davam etdirilib. Arxeoloji tədqiqatlar nəticəsində abidənin xarici memarlıq xüsusiyyətləri müəyyən edildikdən sonra daxili tədqiqatlara başlanacaq.

Abidənin döşəmə hissəsi kvadrat formalı, ölçüləri 20x20 metr olan və 4-5 sm məsafə arasında dəyişən kərpiclərdən ibarətdir.

© Sputnik / Shahperi AbbasovaBalakən rayonunun Tülü kəndi ərazisində V-IX əsrlərə aid abidə
Balakən rayonunun Tülü kəndi ərazisində V-IX əsrlərə aid abidə  - Sputnik Azərbaycan
Balakən rayonunun Tülü kəndi ərazisində V-IX əsrlərə aid abidə

Arxeoloqun sözlərinə görə, abidə müqəddəs yer sayıldığı üçün burada keramika məmulatlarına az rast gəlinir. Lakin abidənin tikintisində istifadə olunan qaya daşı, kirəc məhlulu və abidədə ibadət dövrü bitdikdən sonra onun dağılma prosesini izləyən 15-ə yaxın mədəni təbəqə müəyyən edilərək tədqiqata cəlb olunub.

"Hiss olunur ki, abidədə ilk əvvəl yanğın baş verib, sonradan onun daxilində çökmə prosesini əks etdirən 15-ə yaxın mədəni təbəqə yaranıb. Bu mədəni təbəqə, üst təbəqədə əsasən çökmə-dağılma prosesini əks etdirir. Üst təbəqənin 50 sm-ə yaxın ölçüdə dağıldığı müşahidə edilir. Digər təbəqələrin isə tədricən dağıldığı görünür. Biz burada yanğın izlərini və kül qatlarını aşkar etmişik" – deyə Alışov bildirib.

© Sputnik / Shahperi AbbasovaAbidə dövlət tərəfindən qorunur
Abidə dövlət tərəfindən qorunur - Sputnik Azərbaycan
Abidə dövlət tərəfindən qorunur

Onun sözlərinə görə, hazırda abidə tam şəkildə tədqiq edilməyib. Abidənin tarixi ilə bağlı hər hansı dəqiq fikir söyləmək mümkün deyil.

"Çünki əsasən qurbangah  və onun ibadət salonunun bir hissəsi tədqiqata cəlb edilib. Müəyyən elmi-tədqiqi analizlər, digər alban abidələri ilə analogiyalar aparılandan, alban dövrünə aid memarlığa xas cəhətlər müəyyənləşdiriləndən, abidənin kompleks tədqiqindən sonra onun tikilmə və ibadət dövrü haqqında qəti fikir söyləyə biləcəyik" – deyə arxeoloq bildirib.

Arxeoloqun fikrincə, bu abidədə aparılan arxeoloji tədqiqatlar Azərbaycanda arxeoturizmin inkişafı, regionda dini rəngarəngliyin mövcud olması, abidənin qorunaraq gələcək nəsillərə ötürülməsi mövzusunu daha da aktuallaşdırır. Bu da onu göstərir ki, Qafqaz Albaniyasındakı müstəqil Alban katolikosluğu dövrünə aid, xristian dinini özündə əks etdirən yüzlərlə yerüstü və yeraltı abidə öz tədqiqini gözləyir.

Qeyd edək ki, sözügedən abidənin arxeoloji tədqiqatına iyul ayının əvvəllərindən başlanılıb və bu proses avqustun sonuna qədər davam edəcək.

Xəbər lenti
0