BAKI, 16 avqust — Sputnik. Avqustun 15-də Gədəbəy şəhərindəki parkda naməlum şəxs rayon sakini 14 yaşlı Turay Şabanova bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Turay Şabanov xəstəxanaya aparılarkən yolda ölüb.
Gədəbəy rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən, rayon sakini olan yeniyetmə saxlanılıb.
Ehtimala görə, yeniyetmələrin daha əvvəldən ədavəti olub və cinayəti törətməkdə təqsirli bilinən şəxs Şabanovu izləyərək onu öldürmək üçün fürsət gəzib.