CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident məşhur müğənninin həyat yoldaşını təltif etdi

Abunə olmaq
Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçularına və mülki işçilərinə Azərbaycan Respublikasının fəxri adları verilib

BAKI, 16 avqust — Sputnik. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamla uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçularına və mülki işçilərinə Azərbaycan Respublikasının fəxri adları verilib.

Fəxri ad alanlar sırasında müğənni Elnarə Xəlilovanın həyat yoldaşı Rövşən Cahangirov da var. Cahangirova "Əməkdar jurnalist" adı verilib.

Rövşən Cahangirov əvvəllər "Lider" televiziyasında jurnalist, aparıcı kimi fəaliyyət göstərib.

Xəbər lenti
0