Bir anda 5 milyard dollar qazanmış xoşbəxt kimdir?

© Sputnik / Maxim Bogodvid / Mediabanka keçidПункт обмены валюты. Архивное фото
Пункт обмены валюты. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
İanəni alan tərəfin adı açıqlanmayıb

BAKI, 15 avqust — Sputnik. “Microsoft” şirkətinin qurucusu, milyarder Bill Geyts 4,6 milyard dollarlıq ianə edib.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Federal Qiymətli Kağızlar üzrə Komissiyasının hesabatında bildirilib.

İnformasiyaya əsasən, amerikalı milyarder öz şirkətinin aksiyalarının 5 faizini bağışlayıb. Amma ianəni alan tərəfin adı açıqlanmayıb.

Məlumata görə, bu, 2000-ci ildən sonra milyarderin etdiyi ən böyük məbləğdə ianədir.

Bill Geytsin bu addımı həyat yoldaşı Melinda ilə birlikdə yaratdığı Xeyriyyə Fondu vasitəsilə atıldığı güman olunur və hazırdan bununla bağlı dəqiqləşdirmə aparılır.

Qeyd edək ki, Geytsin var-dövlətinin 84,4 milyard dollar dəyərində olduğu bildirilir. 

Xəbər lenti
0