BAKI, 15 avqust — Sputnik. İsrail əsgərlri Fələstin İslami hərəkatının rəhbəri Raid Salahı həbs ediblər. Sputnik Azərbaycan bu barədə "Timeturk"-ə istinadən xəbər verir.
Ordu mənsublarının səhərə yaxın onun evinə basqın elədikləri bildirilib. Hərəkat liderinin hara aparıldığı məlum deyil.
Qeyd edək ki, Raid Salah, müsəlmanlar üçün müqəddəs sayılan Əl-Əqsa məscidi və Qüds şəhərinin İslami kimliyi uğrunda ən aktiv mübarizə aparan lider hesab olunur.