Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dollar yenidən bahalaşır

© Sputnik / Anton Denisov / Mediabanka keçidМужчина пересчитывает доллары США, фото из архива
Мужчина пересчитывает доллары США, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"VTB24" bankın analitiki Aleksey Mixeyevin sözlərinə görə, dolların bahalaşması qaçılmazdır

BAKI, 15 avqust — Sputnik. ABŞ Maliyyə Nazirliyi cari ilin son rübündə dövlət borcunu artırmaq niyyətindədir. "APA-Economics" Rusiya KİV-nə istinadən xəbər verir ki, oktyabrdan dekabra qədər ABŞ dövlət istiqrazların satışından büdcəyə 501 mlrd. dollar cəlb etməyi planlaşdırır.

Bildirilir ki, bu məbləğin təxminən dörddə bir hissəsinin – 114 mlrd. dolların ilk iki həftə ərzində toplanması gözlənilir. "VTB24" bankın analitiki Aleksey Mixeyevin sözlərinə görə, bu proseslərdən sonra bazardan böyük həcmdə likvid dolların çıxarılması və son nəticədə dolların bahalaşması baş verəcək. "Hələ ki, bazarda əks prosesdir. Maliyyə Nazirliyi mart ayından yeni öhdəliklərə qoyulan məhdudiyyətlər səbəbi ilə "borc pəhrizi"ndədir. Bu da dolların məzənnəsinə təzyiq göstərir. Belə ki, dolların indeksi 2 illik minimuma qədər enib, avro isə yarım il ərzində 12% bahalaşıb" — deyə analitik qeyd edib.

A. Mixeyev hesab edir ki, ilin sonuna dollar bahalaşacaq: "Bu ilin sonuna qədər avro dollarla paritet əsasında 15% dəyər itirərək ucuzlaşacaq".

Xəbər lenti
0