BAKI, 14 avqust — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Tramp istirahətini yarıda kəsərək Vaşinqtona qayıdıb. Sputnik Azərbaycan "The Guardian"a istinadən xəbər verir ki, prezident bu barədə şəxsi “Twitter” səhifəsində yazıb.
“Səhər Vaşinqtona qayıdıram. Xeyli işlərim var. Bütün diqqətimi ticarət və ordu üzərində cəmləşdirəcəm” – Tramp deyib.
Xatırladaq ki, Donald Tramp Ağ Evdə kondisionerlərin təmir edilməsi səbəbilə avqustun 4-də ikihəftəlik məzuniyyətə çıxacağını söyləmişdi.