Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 14 avqust — Sputnik. Astaranın Siyəkü kəndində bədbəxt hadisə qeydə alınıb.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, 33 yaşlı kənd sakini Tarzan Zahirov evində elektrik naqili ilə iş görərkən ehtiyatsız davrandığından onu elektrik cərəyanı vurub. Zərərçəkəni yaxınları dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparıblar. Tarzan Zahirova ilkin tibbi yardım göstərilib və Reanimasiya şöbəsini yerləşdirilib.
Həkimlərin göstərdiklər səylərə baxmayaraq Tarzan Zahirovu xilas etmək mükün olmayıb və o xəstəxanada dünyasını dəyişib.