CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezidentin sərəncamı yerinə yetirildi

© Sputnik / Murad OrujovМинистерство труда и социальной защиты населения
Министерство труда и социальной защиты населения - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Prezidentinin 2611 nömrəli Sərəncamına əsasən cari ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi artırılıb

BAKI, 14 avqust — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun ilkin məlumatlarına əsasən, cari ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 1672,4 milyon manat vəsait yönəldilib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, bu ötən ilin müvafiq dövrünə nisbətən 131,5 milyon manat və ya 8,5 faiz çoxdur. Vəsaitin 97,3 faizini pensiya xərcləri təşkil edib.

2017-ci ilin altı ayı ərzində əhaliyə 45,8 milyon manat məbləğində müavinət ödənilib. Bunun da 23,5 faizi hamiləliyə və doğuma görə, 24,3 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 15,1 faizi dəfn üçün, 37,1 faizi isə digər məqsədlər üçün ödənilən müavinətlərə yönəldilib.

2017-ci il iyulun 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1328,4 min nəfər pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 13,7 faizini təşkil edir. Onların 59,4 faizi yaşa, 29,3 faizi əlilliyə, 11,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. 

Ramil Quliyev - Sputnik Azərbaycan
Prezident dünya çempionu olan azərbaycanlını təbrik etdi

Ölkədə pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 2611 nömrəli Sərəncamına əsasən 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq cari ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb.

Təyin olunan aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz artaraq 202,2 manat təşkil etmiş və orta aylıq əmək haqqının 38,7 faizinə bərabər olub.

2017-ci il iyulun 1-i vəziyyətinə 378,0 min nəfərə sosial müavinətlər təyin olunub. Yaşa görə müavinət alanların sayı 22,0 min nəfər, əlilliyə görə — 155,9 min nəfər, ailə başçısını itirməyə görə — 43,1 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 72,2 min nəfər olub.

Əmək pensiyası almaq hüququ olmayan 53,8 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilib.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 395 nəfər qəyyumuna aylıq müavinət verilmişdir. Bununla yanaşı, şəhid ailələrinin, müharibə əlillərinin, Çernobıl AES-də baş vermiş qəzanın ləğvində iştirak edərək I və II qrup əlil olmuş şəxslərin və müddətli hərbi xidmət qulluqçularının 9,8 min ailəsinə 18,3 min uşaq üçün aylıq müavinət verilib. Bundan əlavə, 2354 nəfər bir yaşadək uşağa görə 2301 ailəyə və beşdən çox uşağı olan 3,0 min qadına 8,8 min uşaq üçün sosial müavinət verilib.

2017-ci ilin altı ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 52950 nəfərə, o cümlədən 44438 uşağın doğulmasına görə, 4394 nəfərə radiasiya qəzası nəticəsində əlil olmuş şəxslərin müalicəsi üçün, 2447 nəfərə penitensiar müəssisələrində cəza çəkməkdən azad edilmiş şəxslərə və həyatını itirmiş 1671 nəfərin dəfni üçün birdəfəlik müavinətlər verilib.

Cari ilin iyulun 1-i vəziyyətinə əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 432 nəfər zərərçəkən kompensasiya alıb.

Ölkədə 120,3 min aztəminatlı ailənin 498,4 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alan və onun bir nəfərə düşən orta aylıq məbləği 35,8 manat təşkil etmişdir. Cari ilin əvvəli ilə müqayisədə ünvanlı dövlət sosial yardımı alanların sayı 10,7 faiz azalıb.

Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almış şəxslərin sayı 58,8 min nəfər olub.

Xəbər lenti
0