Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakı sakini pulları etibarlı yerdə gizlətsə də, olanlar oldu

Abunə olmaq
Yeznə pullarını saxlamaq üçün qayınanasına verib, amma oğrular pulu əlləri ilə qoyublarmış kimi tapıblar

BAKI, 14 avqust — Sputnik. Bakının Yasamal rayonundakı mənzillərdən birindən külli miqdarda pul oğurlanıb.

Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinə Yeni Yasamalda yaşayan 1947-ci il təvəllüdlü Quliyev Yusifəli Məcid oğlu müraciət edib.

Kişi qeyd edib ki, 5-12 avqust tarixlərində sahiblər evdə olmayanda evə oğru girib. Oğrular qapını kilidə düşən açarın köməyi ilə açıblar. Bu yolla ev sahibinin yeznəsi, 1975-ci il təvəllüdlü Şəfa Ağayevə məxsus 45 min 500 manat pulu aparıblar.

Yeznə özü həmişə evdə olmadığından pulu saxlamaq üçün qayınanasına veribmiş.

Oğurluq faktı ilə bağlı cinayət işi açılıb. Hələlik polis şübhəlilərin izinə düşməyib.

Xəbər lenti
0