BAKI, 14 avqust — Sputnik. İstanbulun Bakırköy səmtində misli görülməmiş oğurluq hadisəsi yaşanıb. Sputnik Azərbaycan "NTV"-yə istinadən xəbər verir ki, silahlı soyğunçular magistral yolda hərəkət edən avtomobili silah gücü ilə saxladıb, içəridəki 2 milyon dolları (3.5 milyon manat) götürərək qaçıblar.
Oğrular onları təqib edən polislərə atəş açıb, 1 polis yaralanıb.
Bölgədə geniş axtarış-əməliyyat işləri başlayıb.