Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Alimləri qorxudan kəşf: planet suyun altında qalacaq

© REUTERS / Nicolas MisculinAntarktida qitəsi
Antarktida qitəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Vulkanlardan biri oyansa, bu Antarktidanın buz örtüyünün sıradan çıxmasına və buzların dənizə axmasına, dünya okeanının səviyyəsinin yüksəlməsinə səbəb olacaq

BAKI, 14 avqust — Sputnik. Şotlandiyanın Edinburq universitetinin alimləri Antarktidanın buzlarının altında 91 vulkan aşkar ediblər. Bu barədə Böyük Britaniyanın Guardian qəzeti yazır.

Hündürlükləri 100 metrdən 4 min metrədək olan vulkanlar materikin qərbində 2 kilometrlik buzun altındadır.

Mütəxəssislər vulkanların nə qədər aktiv olduqlarını və onların nə vaxt püskürə biləcəyini müəyyən etməyə çalışırlar. Geoloqlar iddia edirlər ki, bu vulkanlardan biri oyansa, bu Antarktidanın buz örtüyünün sıradan çıxmasına və buzların dənizə axmasına, dünya okeanının səviyyəsinin yüksəlməsinə səbəb olacaq.

Xəbər lenti
0