BAKI, 14 avqust — Sputnik. Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfenkci ölkədəki kiçik sahibkarlara müjdə verib.
Sputnik Azərbaycan-ın Milliyet-ə istinadən verdiyi xəbərə görə, nazir sahibkarların kredit borclarına yenidən baxılacağını bildirib. Tüfenkcinin sözlərinə görə, gecikdirilmiş və üzərinə kredit faizi gəlmiş sahibkarların borclarından həmin faizlər ləğv ediləcək.