Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda daha bir ilan sancması

CC0 / Dzed / SnakeЗмея
Змея - Sputnik Azərbaycan
Abunə olmaq
Məmmədov müalicəsini davam etdirmək üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 14 avqust — Sputnik. Tütün suvaran 46 yaşlı kişini ilan sancıb.

Hadisə bu gün Şəki rayonun Cumakənd kəndində qeydə alınıb. Kənd sakini, 1971-ci il təvəllüdlü Afər Məhərrəm oğlu Məmmədovu kənddəki tütün sahəsində suvarma işləri aparan zaman ayaq nahiyəsindən gürzə sancdığı bildirilir.

Şəki Mərkəzi Rayon Xəstəxanasında ona lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə zərdab vurulub. A. Məmmədov müalicəsini davam etdirmək üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib.

Qeyd edək ki, havaların quraq keçməsi ilə əlaqədar ilansancma hallarına tez-tez rast gəlinir. Kənd sakinləri bildirib ki, yayda kənd ərazisində, xüsusi ilə əkin sahələrində zəhərli sürünənlərin kütləvi şəkildə üzə çıxması təşviş yaradır.

Xəbər lenti
0