Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Amerikanın "qara günü" yaxınlaşır

© AFP 2024 / ALEJANDRO PAGNI Argentina ərazisində Günəş tutulması, 26 fevral 2017-ci il
Argentina ərazisində Günəş tutulması, 26 fevral 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Bu nadir təbiət hadisəsini yalnız ABŞ sakinləri müşahidə edə biləcəklər

BAKI, 14 avqust — Sputnik. Avqustun 21-də dünyada tam Günəş tutulması baş verəcək.

Azərbaycan Milli Elmlər Akademiyasından verilən xəbərə görə, Günəş tacı əvvəlki tutulmalarla müqayisədə bir neçə dəfə böyük olacaq. Tutulma müddəti 2 dəqiqə 40 saniyə, yer səthində Ayın kölgəsinin eni isə 115 kilometr təşkil edəcək. Qismən Qərbi Avropa və Cənubi Amerikanı əhatə edəcək bu nadir təbiət hadisəsini yalnız ABŞ sakinləri tam müşahidə edə biləcəklər.

İlk dəfə olaraq ABŞ-ın bütün ştatlarını əhatə edəcək Günəş tutulmasına "Böyük Amerika tutulması" adı verilib. Tutulma zamanı Günəş aktivliyi dünyanın ən güclü teleskopu olan DKIST vasitəsi ilə izləniləcək.

Növbəti Günəş tutulmasının 2 sentyabr 2035-ci ildə baş verəcəyi ehtimal olunur.

Xəbər lenti
0