BAKI, 14 avgust — Sputnik. 32 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin insanları siyahısında yer tutan Səudiyyə Ərəbistanı şahzadəsi Vəlid bin Telal bin Əbdüləziz əl Səud Türkiyənin ən məşhur istirahət zonası olan Bodruma gəlib. Sputnik Azərbaycan "NTV"-yə istinadən xəbər verir ki, 62 yaşlı şahzadə istirahətə 150 nəfərlik ailəsi ilə gəlib.
Şahzadəni Bodrum hava limanında Səudiyyə Ərəbistanının Türkiyədəki konsulluq işçiləri qarşılayıb. Daha sonra VİP avtomobillərlə otelə yola düşən şahzadə və ailəsini polis müşaiyət edib.
Media mənsublarının onları görüntüləməsinə imkan verilməyib.
Qeyd edək ki, şahzadə ailəsinin özləri ilə gətirdikləri 300 çamadan və 30 velosiped iri həcmli yük maşını ilə otelə daşınıb.