CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspert: “Ailəli qadın təkbaşına qərar verə bilməz”

© pixabay / Free-PhotosTənha qadın, arxiv şəkli
Tənha qadın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"XXI əsrin qadınları" İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova deyir ki, qadınlar ailə quran zaman maarifləndirilməlidirlər

Mahirə Əmirhüseynova: “Qadınlara mane olan elə qadınların özüdür”
"Bu gün qadınlar azadlıqla özbaşınalığı qarışdırır". Sputnik Azərbaycan xəbər verir ki, bunu "XXI əsrin qadınları" İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova deyib: “Qadınlar ailə quran zaman maarifləndirilməlidirlər. Qadın ailəlidirsə anlamalıdır ki, təkbaşına qərar verə bilməz. Bu məsələlərə təkcə qadınların sıxılması, döyülməsi kimi yanaşmaq doğru deyil”.

“İntihar edənlər daha çox kişilərdir. Qadınlara mane olan elə qadınların özüdür. Burada məsuliyyəti kişilərin üzərinə yıxmaq doğru deyil” — deyə o bildirib.

Xəbər lenti
0