Xlordan zəhərlənənlərin sayı 500-ə çatır

© Sputnik / Vladimir Smirnov / Mediabanka keçidReanimasiya, arxiv şəkli
Reanimasiya, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Şəhər əhalisinə su kranlarına yaxın durmamaq və sudan istifadə etməməklə bağlı xəbərdarlıq edilib.

BAKI, 13 avqust — Sputnik. İranın Dizful şəhərində xlor sızması nəticəsində zəhərlənənlərin sayı 475 nəfərə çatıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, xlor sızması baş verən anbar su təchizatı ilə məşğul olan şirkətə məxsusdur.

Bir qədər əvvəl Dizful şəhərində 362 nəfərin xlordan zəhərləndiyi, onların əksəriyyətinin ilkin tibbi yardımdan sonra evə buraxıldığı bildirilirdi. 45 nəfərinsə həyati təhlükəsi hələ də qalmaqdadır və onlar hazırda şəhər xəstəxanasında nəzarət altındadırlar.

Həmin şəxslərin nəfəs almasında problemlər, zəhərlənmənin digər əlamətləri müşayiət olunub.

Hadisənin təfərrüatları açıqlanmasa da, İran KİV-ləri Dizful əhalisini bir müddət su kranlarına yaxın durmamaq və sudan istifadə etməməklə bağlı xəbərdar edib. Şəhər rəhbərliyi hadisənin təfərrüatlarının aydınlaşdırıldığını, sızmanın nəticələrinini tezliklə aradan qaldırılacağının bildirir.

Xəbər lenti
0