BAKI, 13 avqust — Sputnik. İranın Dizful şəhərində anbarda xlor sızması baş verib.
APA-nın verdiyi məlumata görə, xlor sızmasından 362 nəfər zəhərlənib.
Həmin şəxslərin nəfəs almasında problemlər, zəhərlənmənin digər əlamətləri müşayiət olunub. Həkimlər zəhərlənən şəxslərə təcili tibbi yardım göstərib. Onların çoxu xəstəxanadan evə buraxılıb.
Hadisənin təfərrüatları açıqlanmır.