CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Neft ölkəsinin acınacaqlı durumu

© AP Photo / Fernando LlanoKarakas sakinləri Pedro Hernandez (solda) və Luis Daza paytaxtın Koşe bazarının zibilliyində yerə tökülmüş pomidorları yığırlar, 31 may 2016-cı il
Karakas sakinləri Pedro Hernandez (solda) və Luis Daza paytaxtın Koşe bazarının zibilliyində yerə tökülmüş pomidorları yığırlar, 31 may 2016-cı il - Sputnik Azərbaycan
Abunə olmaq
Əhali aclıq və səfalət içində yaşayır və ölkədə vəziyyət getdikcə daha da ağırlaşır

BAKI, 13 avgust — Sputnik. Daxili çəkişmədə boğulan Venesuelada vəziyyət dözülməz həddə çatıb. İqtisadiyyat axsayır, mağazalardan ərzaqlar itir, şəhər küçələrində polislə döyüşlər gedir. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Associated Press agentliyinin müxbiri Ariana Kubios yazıb. Onun sözlərinə görə, ölkədə xaos hökm sürür: "Paytaxt Karakasda əhali əvvəllər daha optimist idi. Mənim dostlarım özlərinə ev, maşın alır, gələcəklərini planlaşdırırdılar. Bazar günləri biz Qəraib dənizi sahillərinə düşür, gecə klublarına gedir və bahalı viski içirdik. Qidalar o qədər ucuz idi ki, mən yazılarımdan birini piylənməyə həsr etmişdim. Ancaq son 3 ildə mənim dostlarımın çox hissəsi başqa ölkələrə köçüb. Ölkədən beynəlxalq telefon əlaqələri və 6 beynəlxalq hava yolları şirkəti gedib. Biz yenə gecə klubuna getdik, amma tez çıxmağa çalışdıq ki, küçələrdə atışmaya düşməyək. 2015-ci ildə neftin qiymətinin düşməsi milli faciəyə səbəb oldu. Ölkədə vəziyyət getdikcə gərginləşir".

Ariana Kubios həmçinin bildirib ki, Venesueladakı yaxınları ondan ürək çatışmazlığına qarşı dərmanlar, uşaq epilepsiyası üçün vasitələr, əleyhqaz və hamiləlik əleyhinə olan dərmanlar gətirməyi xahiş ediblər: "Venesuelada çörək növbələri yaranıb. Ölkədə aclıq başlayıb. İnsanlar zibilliklərdə eşələnir, pitsa qalıqları və tərəvəz tapan kimi yeyirlər. İnsanlar zibil yemək üçün də növbəyə durur".

Daha sonra müxbir yazır: "Paytaxta bahalı restoranlar çoxdur və demək oalr ki, hamısı boşdur. Lüks avtomobil salonları səbrsizliklə müştəri gözləyir, müştəri isə yoxdur".

Müxbirin sözlərinə görə, Venesuela əhalisi aclıq və səfalət içində yaşayır və ölkədə vəziyyət getdikcə daha da ağırlaşır.

Xəbər lenti
0