Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Dörd polis əməkdaşı qətlə yetirildi

© REUTERS / Suhaib Salemİraq polisi, arxiv şəkli
İraq polisi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Silahlılar hücumdan sonra qaçıb gizləniblər

BAKI, 13 avqust — Sputnik. İŞİD terrorçularının İraqın şərqindəki Diyala vilayətindəki polis postuna hücumu nəticəsində hüquq-mühafizə orqanlarının 4 əməkdaşı öldürülüb.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Polkovnik Həbib əş-Şemri agentliyə bildirib ki, İŞİD terrorçuları Ən-Nədadakı neft müəssisəsində yerləşdirilmiş polis postuna hücum ediblər. Silahlılar hücumdan sonra qaçıb gizləniblər.

Terrorçular son vaxtlar Diyalanın neft sənaye mədənlərinə hücumları fəallaşdırıblar. 

Xəbər lenti
0